Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Film Fondu “Yaramaz” filmini rus dilində elektron formata çevirib


Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə Vaqif Mustafayevin "Yaramaz" filmini bərpa edərək rus dilində elektron formata çevirib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, rejissor Vaqif Mustafayevin 1988-ci ildə ekranlaşdırdığı filmin operatoru Aleksandr İlxovski, bəstəkarı Emin Sabitoğludur.

Ramiz Fətəliyev və Vaqif Mustafayevin ssenari müəllifləri olduqları filmdə bir çox tanınmış aktyorlar çəkiliblər.

HƏQİQƏT




12/01/13    Çap et