Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Google Chrome 24" brauzeri istifadəyə verilib


"Google" şirkəti "Chrome" brauzerinin 24-cü sabit versiyasını istifadəyə verib. Əvvəlki versiyalardan fərqli olaraq, "Chrome 24" brauzerində mühüm yenilik yoxdur. Əvəzində kod təmizlənmiş və bir sıra imkanların sabitliyi artırılmışdır.

Məsələn, "Chrome 24" brauzerində "Flash Player", "YouTube", "Omnibox", verilənlərin sinxronlaşdırılması ilə bağlı problemlər aradan qaldırılıb. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bundan başqa, brauzerdə təhlükəsizliklə bağlı 24 yamaq aradan qaldırılıb.

Emil Hüseynov




12/01/13    Çap et