Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü il üçün imtahan yerləri bazasının formalaşdırılmasına başlanılıb


2013-cü ildə ali təhsil müəssisələrinin müxtəlif səviyyələrinə qəbul, buraxılış siniflərinin şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi, sınaq və digər imtahanlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində və bölgələrdə imtahan binalarına baxış keçirilməsi prosesinə başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Komissiyadan bildirilib ki, imtahan yerləri bazasında mövcud 500-ə yaxın binaya baxış keçirildikdən sonra onların imtahana yararlılıq dərəcələri müəyyənləşdiriləcək, yeni binalar haqqında məlumat və dəyişikliklər bazaya daxil ediləcək, binaların pasportları yenidən tərtib ediləcək.

HƏQİQƏT




14/01/13    Çap et