Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın gələcəkdə ev telefonlarından MMS göndərmək mümkün olacaq


Hazırda Bakıda VEB taksofonlardan MMS göndərmək mümkündür. Bu barədə “ICTnews.az”-a Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, bu əməliyyatı taksofonun USB xidmətindən istifadə etmək də olar.

“Bu da olmadıqda kameranın üzərindəki kamera vasitəsilə fotoşəklini çəkərək qarşı tərəfə göndərmək mümkündür”- deyə o bildirib. Xankişi Kişiyev gələcəkdə ev telefonlarından MMS göndərməyin mümkünlüyünü də qeyd edib.

O, bunun üçün ilk növbədə şəbəkədə texniki işlərin aparılmasının mütləq olduğunu vurğulayıb.”Şəbəkədə serverlər qurulmalıdır və abunəçinin istifadə etdiyi telefon aparatında bu texniki imkanlıq olmalıdır”. Baş direktor müavini hazırda RİTN üzrə “Aztelekom” İstehsalat Birliyi şəbəkəsində ev telefonları vasitəsilə SMS göndərilməsi xidmətinin uğurla tətbiq edildiyini xatırladıb.

Yeri gəlmişkən qeyd edək ki, “Aztelekom”İB qısa ismarışların göndərilməsi üzrə xidməti 2009-cu ildə “Aztelekom” və GSM-operatorlar (Azercell, Bakcell, Azerfon) arasında bağlanan saziş əsasında istismara verilib.

RƏVAN




15/01/13    Çap et