Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Google"-un direktoru "Facebook"u tənqid edib


"Google"-un baş direktoru Larri Peyc "Wired" nəşrinə verdiyi müsahibəsində "Facebook" sosial şəbəkəsini tənqid edib. O bildirib ki, Mark Zukerberqin şirkətinin öz seqmentində güclü olmasına baxmayaraq, onun məhsulları pisdir. "Uğur qazanmaq üçün bizə digər şirkətin müvəffəqiyyətsizliyi lazımdırmı? Xeyr. Biz fərqli nəsə hazırlayırıq" - Peyc vurğulayıb.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, o, "Facebook"un məhz hansı məhsullarını bəyənmədiyini açıqlamayıb. "Wired" nəşri "Google" direktorundan müsahibəni 2012-ci ilin dekabrında, yəni "Facebook" sosial şəbəkəsi "Graph Search" funksiyasını istifadəyə verməzdən əvvəl götürüb.

Qeyd edək ki, "Graph Search" funksiyası məzmun üzrə axtarış aparmağa imkan verir.

Emil Hüseynov




19/01/13    Çap et