Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Facebook" istifadəçiləri Yeni ildə 1 milyard foto yükləyiblər


"Facebook"un istifadəçiləri Yeni ildə sosial şəbəkəyə 1,1 milyard foto yükləyiblər. Bu barədə "Facebook"un nümayəndəsinə istinadən "TechCrunch" bloqu məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni il dedikdə bu halda 31 dekabrdan yanvarın 1-dək ötən 48 saat başa düşülür. Nəşr qeyd edib ki, 48 saat ərzində rekord sayda foto yüklənib.

Əvvəlki rekord ötən Yeni ildə qeydə alınmışdı. İstifadəçilər o zaman 844 milyon foto yükləmişdilər.

Qeyd edək ki, "Facebook" sosial şəbəkəsinə orta hesabla hər gün 300 milyon foto yüklənir. 2013-cü il yanvarın 15-də Mark Zukerberqin verdiyi məlumata əsasən, "Facebook" sosial şəbəkəsində 240 milyard foto saxlanılır. Xidmətin auditoriyası isə 1 milyarda bərabərdir.

Emil Hüseynov




19/01/13    Çap et