Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stasionarların fəaliyyətinə dair məlumatların kodlaşdırılması üçün həkimlərə təlimlər keçiriləcək


Səhiyyə Nazirliyinin “Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə” 22 noyabr 2011-ci il tarixli 108 saylı əmrinə uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nın 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunub və müvafiq stasionar müəssisələrə paylanmaq məqsədilə çap edilib.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə aldıçəkilən nazirliyin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidməti bildirir ki, stasionarların fəaliyyətinə dair məlumatların kodlaşdırılması və elektron qaydada məlumat bazasına daxil edilməsi üçün zəruri hesab edilən bu təsnifatlara dair bütün stasionar müəssisələrin həkimləri arasında 2013-cü ilin fevral-mart ayları ərzində təlimlərin keçirilməsi nəzərdə tutulur:

«Qeyd olunanlar Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılması, ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılmasına imkan verəcək».

SEYMUR




19/01/13    Çap et