Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi olaraq dəstək verdiyi Kampaniya hazırda öz seçim turlarını davam etdirir. Artıq 39 rayon və şəhərdə Kampaniyanın seçim turları yekunlaşıb. Qeyd edək ki, seçim turlarında istifadə olunan keçməcəli (puzzle) xəritə böyük marağa səbəb olub.
Qeyd edək ki, Milli Şura və Gənclər və Idman Nazirliyi kampaniyanın yekununda Azərbaycanın nəhəng bir xəritəsinin keçməcə (puzzle) şəklində düzəldilməsini həyata keçirməyi planlaşdırır. Azərbaycanın xəritəsinin Azadlıq meydanında toplanması nəzərdə tutulub. Və artıq puzzle xəritənin meydanda qurulmasıyla bağlı texniki məsələlər üzərində iş yekunlaşır.






01/06/11    Çap et