Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəzarətindən gizlədilmiş mobil telefonlar aşkarlanıb


Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı Əli Həşimovun idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş mobil telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən "ICTnews.az"-a verilən məlumata görə, gömrük nəzarəti zamanı 30 ədəd "Samsung Galaxy Note 2", 10 ədəd "Samsung Galaxy Note" və 5 ədəd "İphone" markalı mobil telefonlar götürülüb.

RƏVAN




22/01/13    Çap et