Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brilliant Dadaşova da sosial şəbəkənin aktiv iştirakçısı olmağa qərar verib


Azərbaycanın Xalq artisti Brilliant Dadaşova da sosial şəbəkənin aktiv iştirakçısı olmağa qərar verib. Bu barədə müğənni Türkiyənin TMB telekanalında yayımlanan və aparıcısı olduğu "Pırlantalı gecələr" verilişində məlumat verib.

Sosial şəbəkədə adına müxtəlif saxta profillərin açıldığını deyən B.Dadaşova bu profillərdən onun adı ilə xoşagəlməz şəkillərin və fikirlərin yayılmasından narahatlıq keçirdiyini deyib. Vəziyyətdən çıxış yolunun yalnız özü tərəfindən həqiqi profilin açılması ilə mümkün olduğunu düşünən Xalq artisti hazırda öz şəxsi profilindən istifadə edir:

"Mənim adımdan "Facebook"da saxta profillər açılmışdı. Mən də qərara aldım ki, özümə profil açım. Əvvəl duşündüm ki, şəbəkədən istifadə çox çətin olar. Amma artıq 2 gündür ki, BrilliantDadaşova(Suleyman) profilində özüm yazıram. Açığı, sosial şəbəkədə təmsil olunmaq çox xoşuma gəldi. Ancaq yaman çox vaxtımı aparır. Artıq 300-ə yaxın dostluq təklifi qazanmışam. Bundan sonra dinləyicilərim, sənətimlə, həyatımla maraqlananlar ən düzgün məlumatları bu profildən öyrənə bilərlər".

HƏQİQƏT




23/01/13    Çap et