Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüterin “autorun” viruslardan müdafiə edilməsi


"USB Immunizer" proqramı fləş kart, yaddaş kartları və xarici sərt disklərini "autorun" viruslardan qoruyur. "Autorun" viruslar xarici daşıyıcıların "Windows" əməliyyat sisteminə daxil edilməsi zamanı icra edilən faylların avtomatik işə düşmə mexanizmindən istifadədən ibarətdir. Məsələn, "Conficker" "soxulcanı" belə mexanizmdən istifadə edirdi: yoluxdurduğu qurğuda avtomatik icra olunan (autorun.inf) fayl yerləşdirir və həmin fayl elə sazlanmışdı ki, istifadəçiyə icra edilən fayl əvəzinə qurğunun tərkibinə baxmaq təklifi göstərilirdi:





Proqramın interfeysi çox sadədir:




Qurğunun immunlaşdırılması üçün onu kompüterə qoşmaq və proqramın pəncərəsində müvafiq nişana sıxmaq kifayətdir:





Qorunan qurğular yaşıl, qorunmayanlar isə qırmızı rənglə göstərilir:




Qorunmuş qurğuda yaradılmış "autorun.inf" faylına hüquq elə təyin edilib ki, istifadəçi "Windows" mühitində onu asanlıqla silə bilməyəcək. Həmin faylı yalnız daşıyıcını formatlamaq və ya digər əməliyyat sistemində (Linux, MacOS) silmək olar.








Proqramı http://labs.bitdefender.com/wp-content/updates/immunizer/BDUSBImmunizerLauncher.exe ünvanından köçürmək olar.

Emil Hüseynov




23/01/13    Çap et