Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çempionlar Liqası: “Rabitə” də 1/3 finalda


Azərbaycanın daha bir klubu voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasının 1/3 finalına vəsiqə qazanıb.

"Azərreyl"in ardından "Rabitə" də 1/6 final mərhələsini uğurla adlayıb.

Baş məşqçi Marçello Abbondantsanın komandası səfərdə 3:1 hesabı ilə yendiyi Fransa "Kann"ını evdə də məğlubiyyətə uğradıb – 3:0. "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüşdə "Rabitə" ilk seti 25:19, ikincisini 25:18, üçüncüsünü isə 25:17 hesablı üstünlüklə tamamlayıb.

Təmsilçimiz 1/3 finalda Rusiyanın "Dinamo" (Kazan) komandası ilə üz-üzə gələcək. İlk oyun 5 - 7 fevralda Kazanda, cavab görüşü isə 12 - 14 fevralda Bakıda olacaq.






25/01/13    Çap et