Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kiçik kamera daha gözəl anları paylaşmağa imkan yaradacaq


“MeCam” kiçik qapaq ölçüsündə kameradır və o, 1-4 saat ərzində 720 piksel təsvir ölçüsündə video çəkməyə “qadirdir”. Kamera infraqırmızı lampalarla təchiz edildiyinə görə işıqlandırma ilə bağlı problem olmayacaq və videonun keyfiyyəti pisləşməyəcək.

Kameradan, həmçinin 5 meqapiksel təsvir ölçüsündə fotoaparat kimi istifadə mümkündür. Kamera qara, ağ, çəhrayı, yaşıl və mavi rənglərdə əlçatandır.

“ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, kameranın qiyməti daxili yaddaşdan asılı olaraq 50-70 dollar təşkil edir. “MeCam” kamerasını geyimə bərkitməklə ətrafda baş verənləri çəkmək mümkündür.

Emil Hüseynov




28/01/13    Çap et