Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” Azərbaycanda ilk dəfə “3D” ölçülü təsviri təqdim edir


“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq “3D” ölçülü təsviri paytaxt sakinlərinə təqdim edir. Bu heyrətamiz rəsmlər dünyada geniş yayılmış bir üslubdur. Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti “3D” ölçülü təsviri "Park Bulvar"-ticarət mərkəzinin ərazisində yerləşdirib. “Bakcell” hər zaman müasir reklam daşıyıcısı texnologiyalarından və üslublarından istifadə edir və bu yeniliyi xalqımıza təqdim etməkdən böyük məmnuniyyət hissi duyur. “Bakcell” olaraq biz Sizin hamınızı bu “3D” ölçülü reklam təsvirinə baxmağa dəvət edirik”- şirkətin məlumatında belə deyilir.




28/07/11    Çap et