Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“JailBreak iOS 6.1” bazar günü çıxacaq


Xəbər verildiyi kimi, "Evad3rs" hakerlər qrupu "iOS 6.1" təqdim olunduqdan sonra "iOS 6" üçün "JailBreak"ın çıxmasına işarə etdi.

"ICTnews.az" elektron xəbər xidməti "myapple.az" saytına istinadən bildirir ki, bazar günü "iOS 6" üçün "JailBreak" təqdim olunacaq.

"JailBreak" relizi "Super Bowl"-un Amerika futbolu üzrə çempionatın final vaxtı baş tutacaq. Vaxtın belə seçiminin səbəbi naməlumdur, ancaq görünür ki, bu həftəsonu "JailBreak" pərəstişkarları matçı izləyə bilməyəcək.

Dəstəklənən qurğular arasında növbəti "Apple" qadjetləri olacaq.

"iPhone 3GS"

"iPhone 4"

"iPad 2"

"iPod touch 5" "

iPhone 4S"

"iPad 3"

"iPod touch 4"

"iPhone 5"

"iPad mini"

"iPad 4"

Emil Hüseynov




30/01/13    Çap et