Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu da 128 QB daxili yaddaşla təchiz edilmiş “iPad”


"Apple" şirkəti 128 QB daxili yaddaşla təchiz edilmiş "iPad" planşetini təqdim edib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, planşetə "iOS 6.1" əməliyyat sistemi quraşdırılıb.

Qurğunun xüsusiyyətləri (ekran, prosessor, əməli yaddaş və sairə) 2012-ci il oktyabrın 23-də təqdim edilmiş planşetlərlə eynidir. 128 QB daxili yaddaşla təchiz edilmiş "iPad" planşeti fevralın 5-də satışa çıxarılacaq. "Wi-Fi" modulla təchiz edilmiş versiyanın qiyməti ABŞ-da 799 dollar, "Wi-Fi" və mobil modullu versiyada isə 929 dollar təşkil edəcək.

Xatırladaq ki, "Apple" şirkəti "iPad" aparatlarını 2010-cu ildən etibarən təklif edir. "Android" platforması ilə işləyən bir çox qurğulardan fərqli olaraq, "iPad" planşetində yaddaş kartlarının qoşulması üçün konnektor mövcud deyil.

Emil Hüseynov




30/01/13    Çap et