Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Office 2013” satışa çıxarılıb


"Microsoft" şirkəti "Office 2013" ofis proqramları paketini satışa çıxarıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Office 2013" dörd redaksiyada əlçatandır: "Ev və təhsil üçün", "Ev və biznes üçün", "Professional" və "Professional plyus". Son redaksiya korporativ istifadəçilər üçün nəzərdə tutulub.

"Ev və təhsil üçün" redaksiyasının tərkibinə "Word" mətn redaktoru, "Excel" cədvəl redaktoru, təqdimatların yaradılması üçün "PowerPoint" proqramı və "OneNote" bloknotu daxildir. "Ev və biznes" üçün redaksiyaya əlavə olaraq "Outlook" poçt proqramı daxildir.

"Professional" redaksiyaya, həmçinin "Publisher" nəşriyyat sistemi və "Access" verilənlər bazasını idarəetmə sistemi daxildir. "Office 2013" "Metro" interfeysində hazırlanıb, "SkyDrive" fayl saxlancı ilə inteqrasiya, "PDF" fayllarını redaktə etmək imkanı "lav" edilib. "Office 2013"-ü "Windows 7" və "Windows 8" ƏS-i ilə işləyən kompüterlərə quraşdırmaq mümkündür.

Emil Hüseynov




30/01/13    Çap et