Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” şirkətinin rüblük nəticələri çox yüksək olub


“Lenovo” şirkəti cari maliyyə ilinin üçüncü rübü üzrə iş fəaliyyəti haqqında göstəricilərini elan edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Lenovo” növbəti dəfə fərdi kompüter tədarüklərinin artım tempinə görə aparıcı istehsalçıları qabaqlayıb. Şirkət hesabat rübündə 14,1 milyon masaüstü və noutbuk tədarük edib və onun bazar payı 15,9 faiz təşkil edib.

İllik hesablama üzrə xalis mənfəət 3 dəfə artaraq 205 milyon dollar təşkil edib. Mədaxil 9,4 milyard dollara bərabər olub.

Emil Hüseynov




31/01/13    Çap et