Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”dan səxavət nümayişi


"Google" şirkəti uzun müddətdir ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. İnternet nəhəng bu dəfə britaniyalı məktəblilərə kömək etməyə qərar verib.

Belə ki, "Google" şirkəti ilə "Raspberry Pi Foundation"-ın əməkdaşlığı sayəsində təxminən 15 min məktəbliyə kompüter veriləcək.

"ICTnews.az" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, "Google" hesab edir ki, bu addım gənc məktəbliləri proqramlaşdırma ilə məşğul olmağa ruhlandıracaq.

Emil Hüseynov




31/01/13    Çap et