Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanın qədim mədəniyyətinə dair yeni internet resurs istifadəyə verilib


Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji araşdırmaların, ilkin şəhər mədəniyyətinin təbliği məqsədilə yeni sayt yaradılıb. "ICTnews" elekron xəbər xidmətinin məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.

"www.qedim.nakhchivan.az" saytında Naxçıvanın orta tunc , Kür-Araz, eneolit və s. dövrlərin mədəniyyətlərini əhatə edən qədim yaşayış yerləri - Qazma mağarası, Gəmiqaya, Xaraba Gilan, qədim duz mədəni, Oğlanqala, I, II Kültəpə, I, II Maxta və digər tarixi yerlərdə aparılan arxeoloji tədqiqatlar, onların nəticələri, regionun qədim mədəniyyətinin araşdırılması məqsədilə imzalanan sərəncamlar öz əksini tapıb.

Saytda həmçinin Naxçıvan tarixinə, mədəniyyətinə, folkloruna dair sənədlər, elektron kitablar, toplular, məqalələr, fotoalbomlar yer alıb.

CAHANGİR




31/01/13    Çap et