Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Netcraft”: internetdə fəaliyyət göstərən saytların 39 faizi bu proqram dilindən istifadə edir


"Netcraft" analitik şirkətinin məlumatına əsasən, "PHP" proqramlaşdırma dili vasitəsilə yaradılan saytların sayı 244 milyonu ötüb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən verilmiş məlumata əsasən, onlar 1995-ci ildən etibarən saytlar üzərində nəzarət həyata keçirirlər, lakin 2004-cü ildən "PHP" ilə yaradılan saytların sayının kəskin artdığını qeydə alıblar.

Məlumat üçün bildirək ki, 1994-cü ildə danimarkalı proqramçı Rasmus Lerdorf istifadəçilərin statistikasını aparmaq üçün "Perl/CGI"-də skript dəsti hazırlamış və onu "Personal Home Page" (PHP) adlandırmışdı.

Emil Hüseynov






01/02/13    Çap et