Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Heydər Əliyev Sarayında pulsuz internet istifadəyə verildi


Azərbaycan paytaxtında pulsuz internet xidməti göstərən iaşə obyektlərinin, sarayların sayı günü-gündən artmaqdadır. İnsanların internetdən daha asan və əlverişli formada yararlanması məqsədi ilə Heydər Əliyev Sarayı da simsiz şəbəkə ilə təmin olunub.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sarayın xidməti girişində, mərtəbələrdə və qrim otaqlarında internetdən yararlanmaq mümkün olacaq. Bunun üçün də sarayda beynəlxalq standartlara uyğun, ən yüksəksəviyyəli xidmət göstərmək məqsədilə “Wi-Fi” avadanlığı quraşdırılıb.

O da qeyd olunmalıdır ki, Heydər Əliyev Sarayı 2012-ci ilin mayın 1-dən tamaşaçı foyesində (3000 kv.m) simsiz internetə sərbəst çıxışlı zona yaradaraq öz qonaqlarına pulsuz internet xidməti göstərir.

SEYMUR




01/02/13    Çap et