Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təqvimin bu günü “Facebook” sosial şəbəkəsi istifadəyə verilib


2004-cü il fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” adlı sosial şəbəkəni istifadəyə verib. Sosial şəbəkədə əvvəlcə yalnız Harvard Universitetinin tələbələri qeydiyyatdan keçə bilərdilər, martdan etibarən Stendford, Yelsk və Kolumbiya Universitetlərinin tələbələri üçün də əlçatan olub.

2005-ci ildə şirkət 200 min dollara “facebook.com” domen adını satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinə əlçatan olub. 4 ildən sonra şirkətin qiyməti 41 milyard dollar həcmində qiymətləndirilirdi.

2012-ci ilin mayında “Facebook” texnologiya sənayesi tarixində ən böyük “IPO”-nu keçirdi və 16 milyard dollardan çox cəlb edə bildi. Beləliklə, şirkətin kapitallaşdırma dəyəri 104 milyard dollar həcmində qiymətləndirilmişdi.

Emil Hüseynov




04/02/13    Çap et