Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts etiraf etdi


"Microsoft" korporasiyasının qurucusu və kompüter inqilabının atası Bill Qeyts etiraf edib ki, "Apple"-ın banisi Stiv Cobs ondan daha üstün olub. O, bu barədə amerikanın "Colbert Report" televiziya verilişində Stiven Kolberə verdiyi müsahibəsində bildirib.

Qeyts bildirib ki, Cobs dahi insan idi, məsələlərə öz yanaşma tərzi var idi. O, həmçinin əlavə edib ki, Cobsla müqayisədə astagəl insandır.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Stiv Cobs 2011-ci ilin oktyabrında uzunsürən xəstəlikdən sonra dünyasını dəyişmişdi.

Emil Hüseynov




04/02/13    Çap et