Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün Təhlükəsiz İnternet Günüdür


Bu gün, 2004-cü ildə Avropa Komissiyasının təsis etdiyi Beynəlxalq Təhlükəsiz İnternet Günüdür. 2004-cü ildən etibarən bu gün fevral ayının ilk çərşənbə axşamında qeyd olunur.

Ənənəvi olaraq fevralın ilk çərşənbə axşamı qeyd edilən təhlükəsiz internet gününün məqsədi internet texnologiyalarının təhlükəsiz tətbiqi haqqında bilik səviyyəsinin artırılması üçün əlaqədar dövlət, ictimai və özəl təşkilatların səylərinin birləşdirilməsidir. Təhlükəsiz İnternet Gününün əsas koordinatoru "Insafe" (European Safer Internet Network) qeyri-kommersiya təşkilatıdır.

Qeyd edək ki, o, Avropa Komissiyasının iştirakı ilə yaradılmış milli təşkilatlardan ibarətdir.

Emil Hüseynov




05/02/13    Çap et