Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OS X Lion”un “üzü astarından baha başa gəlib”


Bəzi istifadəçilər “OS X Lion” yüklənməsi vaxtı xoşagəlməz problemlə rastlaşıblar. Bu narahatlıq “PayPal” ödəmə sistemi ilə bağlı olub. “AppleInsider” bildirib ki, əməliyyat sisteminin yenilənməsi üçün “Mac” sahiblərindən birinin hesabından demək olar ki, 29,99 dollar əvəzinə 4000 dollar çıxıblar.
Hal-hazırda zərərçəkənlər “Apple” texniki dəstək forumunda nə baş verdiyini aydınlaşdırmağa çalışırlar. İstifadəçilərin sözlərinə görə, sadəcə, onların hesabından alış məbləğini bir neçə dəfə çıxıblar. Maraqlıdır ki, "Apple” “PayPal”-ı, “PayPal” isə “Apple”-ı ittiham edir. Hər iki şirkət problemi həll etməyə söz verir və artıq üç gündür ki, cibimdə qəpik yoxdur”, - zərərçəkmişlərdən biri şikayətini bu sözlərlə dilə gətirib.


www.onliner.by




29/07/11    Çap et