Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “Share” düyməsini “iOS” platformasında istifadəyə verib


Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" bu yaxınlarda sosial şəbəkənin mobil versiyasında maraqlı yazıları dostlarla paylaşmağa imkan yaradacaq "Share" düyməsini istifadəyə verib. "Share" düyməsi "Android" və "iOS" platformaları üçün nəzərdə tutulmuş tətbiqə əlavə edilib.

Funksiya "Like" və "Comment" düymələrinin yanında yerləşir. Qeyd edək ki, "Share" düyməsi mobil istifadəçilərin ən çox tələb etdiyi funksiyalardan idi. "ICTnews.az" elektron xəbər xidməti bildirir ki, yuxarıdakı fotodan göründüyü kimi "Share" düyməsi artıq istifadəçilərə əlçatandır.

























































Qeyd edək ki, sosial şəbəkənin mobil auditoriyası ay ərzində 600 milyon istifadəçi təşkil edir.


Emil Hüseynov




06/02/13    Çap et