Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ilk peyki orbitə belə göndərildi (VİDEO)


Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb.

ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən istehsal olunan və Fransanın "Arianespace" şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan "Azerspace-1" peyki raket kosmodromdan qalxdıqdan təqribən 33 dəqiqə sonra raketin gövdəsindən uğurlu şəkildə ayrılıb.








08/02/13    Çap et