Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli provayderin internet xidmətinə onlayn qaydada qoşulma imkanı yaradılıb


“DataPlus” şəbəkə operatoru və internet provayderi internet xidmətinə qoşulmaq ilə bağlı müraciətlərin onlayn qaydada qəbuluna başlayıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, xidmətdən yararlanmaq üçün provayderin internet səhifəsində yerləşdirilmiş “ADSL istifadəçiləri üçün onlayn qeydiyyat” bölməsinə daxil olmaq lazımdır.

İstifadəçilər ilk növbədə müqavilə şərtləri ilə tanış olmalı və şərtlərlə razı olduğunu təsdiqləməlidir. Bununla yanaşı, internet xidmətinə qoşulacaq nömrə, nömrənin mövcud olduğu şəhər və ya rayon, dəqiq ünvan, internet sürəti, abunəçinin ad və soyadı, mobil nömrəsi və elektron poçt ünvanı qeyd olunmalıdır.

Eyni zamanda şəxsiyyət vəsiqəsinin seriyası, elektron formada vəsiqənin ön və arxa üz surətləri müvafiq xanalara daxil edilməlidir. Sonda təhlükəsizlik kodu qeyd olunaraq “Göndər” düyməsi sıxılır.

CAHANGİR




08/02/13    Çap et