Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NASA” "Google+"-da astronavtlarla birinci rəsmi videogörüş keçirəcək


ABŞ-ın kosmik agentliyi (NASA) fevralın 22-də Beynəlxalq Kosmik Stansiyanın bortundakı astronavtlarla "Google+" sosial şəbəkəsində birinci rəsmi videogörüş keçirəcək.

"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, amerikalı astronavtlar Kevin Ford və Tom Marşbern, həmçinin Kanada Kosmik Agentliyinin astronavtı Kris Hedfild ilə keçiriləcək videogörüş (Hangout) ABŞ-ın şərq sahilinin vaxtında - saat 11:00-da başlanacaq.

"NASA" tədbir ərəfəsində sosial şəbəkədəki bütün pərəstişkarlarına astronavtlara videosual göndərməyi təklif edir. Həmin suallardan ən maraqlısı videogörüşdə göstəriləcək.

Emil Hüseynov




09/02/13    Çap et