Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Alibaba” Çin portalı smartfon və planşetlər üçün əməliyyat sistemi istifadəyə verib


Çin şirkəti “Alibaba Aliyun OS”(" Alinin buludu") mobil əməliyyat sistemini təqdim edib. Bu barədə “alibaba.com” saytının press-relizində bildirilib. “Aliyun OS” “Linux” nüvəsinə əsaslanır, smartfon və planşetlər üçün nəzərdə tutulub. “Aliyun OS” mühitində “Android” üçün “HTML5” və “JavaScript”-də yazılmış veb-proqramları icra etmək olar.
Əməliyyat sistemi bir sıra internet xidmətlər ilə, xüsusən axtarış sistemi, hava və elektron poçt ilə inteqrasiya ediləcək. Hər bir istifadəçiyə serverdə 100 qiqabayt sahə veriləcək. “PCWorld” bildirib ki, "bulud"da şəkillər, mesajlar və əlaqə siyahıları saxlanılacaq. “Aliyun OS” əməliyyat sisteminin hazırlanması 3 il çəkib. Əməliyyat sistemi üzərində təxminən 1200 “Alibaba” əməkdaşı işləyib. Bildirilib ki, əməliyyat sistemi Çin dilindən savayı, digər dillərdə də, həmçinin ingilis dilində olacaq.


lenta.ru




29/07/11    Çap et