Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən ucqar yaşayış məntəqələri daha keyfiyyətli rəqəmsal televiziya yayımı ilə təmin olunur


Regionlarda ən ucqar yaşayış məntəqələrində daha keyfiyyətli rəqəmsal televiziya yayımının təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bu barədə “Teleradio” istehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Gədəbəy rayonunun Hacılar, Tovuz rayonunun Böyük Qışlaq və Quba rayonunun Qonaqkənd televiziya stansiyalarında müvafiq avadanlıqlar qurularaq yüksək keyfiyyətli yayım təmin edilib.

Texniki direktor bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini bildirərək Respublika FM radiosunun daha keyfiyyətli yayımının təmin edilməsi istiqamətində də Füzuli rayonunun Əhmədbəyli və Xızı rayonlarında televiziya stansiyalarında FM vericilərin qurulduğunu qeyd etdi. Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb.

RƏVAN




11/02/13    Çap et