Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Prezident.az» saytından yenilik


Azərbaycan Ruspublikasının prezidentinin rəsmi saytında yeni bölmə yaradılıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu bölmə vətəndaşların işlərini asanlaşdıracaq. Belə ki, bölmə vətəndaşların qəbula yazılmaqla bağlı müraciətlərini asanlaşdırmaq məqsədi daşıyır.

Əvvəllər Prezident Administrasiyasının qəbul otağına birbaşa ərizə ilə müraciət edən vətəndaşlar hazırda internet vasitəsilə qəbula yazıla bilərlər.

Bunun üçün prezidentin rəsmi saytına daxil olub elektron ərizə formasını doldurmaq kifayət edir.

SEYMUR




11/02/13    Çap et