Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Android” qurğular bazarının 50 faizinə nəzarət edir


"Localytics" şirkəti "Android" əməliyyat sistemi ilə işləyən müxtəlif mobil qurğuların populyarlığını qiymətləndirib. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin yanvarında "Android" platforması ilə işləyən "Galaxy S III" "ağıllı" telefonlarının payı 9,2 faiz, "Galaxy S II"-nin payı 8.2 faiz, "Galaxy Ace"-in payı isə 3 faiz təşkil edib.

Reytinqdə dördüncü və beşinci yerlərdə müvafiq olaraq "Galaxy Note" (2.6%) və "Galaxy Note II" (2%) mini-planşetləri qərarlaşıb. Ümumilikdə "Android" mobil əməliyyat sistemi ilə işləyən 10 qurğunun 8-i "Samsung" şirkətinin istehsalıdır. Cari ilin yanvarında Cənubi Koreyanın "Samsung" şirkəti "Android" bazarının 47 faizinə nəzarət edib.

Emil Hüseynov




12/02/13    Çap et