Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən sürətli internet hansı ölkədədir?


Fransalı mütəxəssislər Paris və Lion şəhərləri arasında 450 kilometr uzunluğunda fiber-optik kabel çəkiblər. Nəticədə, bu şəhərlərin sakinləri internetə 400 Qbit/s sürətlə çıxış imkanı əldə ediblər.

Məlumatların sürətli ötürülməsi texnologiyasını “Alcatel-Lucent” şirkətinin mütəxəssisləri hazırlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, son istifadəçilərə bu imkanı yerli “Orange” rabitə operatoru təmin edəcək.

Emil Hüseynov




12/02/13    Çap et