Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

75 dollarlıq kompüter


"Android 4.1.2 Jelly Bean" əməliyyat sistemi ilə işləyən "MK812" mikrokompüteri satışa çıxarılıb. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, fləş-kart ölçüsündə olan qurğu "Cortex A9" arxitekturası və 1,6 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz olunub.

Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 8 QB təşkil edir; çıxarıla bilən "MicroSD" kartları üçün slot mövcuddur. Mikrokompüter "Bluetooth 2.3" və "Wi-Fi" (802.11b/g/n) simsiz rabitə adapterləri ilə təchiz edilib, tədarük dəstinə xarici antena da daxildir. Həmçinin 2 meqapiksel təsvir ölçülü veb-kamera və mikrofon da var. Kompüteri monitor və ya televizora qoşmaq üçün "HDMI" rəqəmli interfeysi nəzərdə tutulub.

"MicroUSB" və "USB" portları mövcuddur. Ölçüsü 88×31,5×15,8 millimetr, çəkisi isə təxminən 50 qram təşkil edir. Qiyməti 75 dollardır.

Emil Hüseynov




12/02/13    Çap et