Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tezliklə “ALPlogo” proqramının yeni istifadəyə veriləcək


Tezliklə "ALPlogo" proqramının yeni istifadəyə veriləcək Bu yaxınlarda "ALPlogo" proqramının yeni təkmilləşdirilmiş versiyası informatika müəllimlərinin istifadəsinə veriləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə www.informatik.az saytının rəhbəri Naidə İsayeva məlumat verib.


Onun sözlərinə görə, proqram mühitində artıq dəyişənlərdən, şərti alqoritmlərin konstruksiyalarından, "Logo" dilinin musiqi imkanlarından istifadə etmək mümkün olacaq: "Proqramın yeni versiyası "informatik.az" saytında yerləşdiriləcək". Qeyd edək ki, Azər¬bay¬can¬da ilk dəfə olaraq 5-ci siniflər üçün "Bakı" nəşriyyatı tərəfindən "ALPlogo" proqramlaşdırma mühiti yaradılıb və "İnformatika" dərslik komplektinə əlavə edilib. "Logo" dili 5-7-ci sinif şagirdlərində yaradıcı təfəkkürün və məsələ həll etmək bacarıqlarının inkişafına böyük köməklik göstərir.

Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində "Logo" dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir. "ALPLogo" proqramının ən mühüm xüsusiyyəti odur ki, proq¬ramda "Bağa" üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər. Sistem hər üç dili qəbul edir.

HƏQİQƏT




13/02/13    Çap et