Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Flickr”də nasazlıq aradan qaldırılıb


“Flickr” populyar fotohostinqində yaşanmış nasazlıq nəticəsində fotoların məxfilik sazlamaları pozulub.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin aprel-dekabr ayları ərzində dərc edilmiş bəzi fotolar açıq girişdə peyda olub. “Flickr”də axtarış verdikdə fotolar görsənmirdi, lakin müəllifin qalereyasına girərək onları görmək mümkün idi. “Flickr”də baş vermiş nasazlıq yanvarın 18-dən fevralın 7-dək davam edib. Bu müddət ərzində şəxsi fotolara baxmaq mümkün olub.

Fevralın 8-də nasazlıq aradan qaldırılıb. “Flickr”in vitse-prezidenti Brett Ueyn izah edib ki, baş vermiş nasazlıq nəticəsində az sayda istifadəçi problem yaşayıb. O, “Flickr” nümayəndələrinin zərər çəkmiş şəxslərin hər biri ilə əlaqə saxlayacağına söz verib.

Emil Hüseynov




13/02/13    Çap et