Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil tətbiqlərin sayını artırmaq məqsədilə keçirilən müsabiqə martın 13-də başa çatacaq


"İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell"in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"-in təşkilati dəstəyi ilə keçirilən "Win Phone 2" müsabiqəsi martın 13-də başa çatacaq.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə "Microsoft Azərbaycan" şirkətinin təhsil üzrə əməkdaşlıq proqramının meneceri Emin Axundov məlumat verib. Onun sözlərinə görə, "Hackathon Azerbaijan" layihəsi çərçivəsində təşkil edilən müsabiqənin artıq iki seminarı başa çatıb.

Qeyd edək ki "Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir. Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" adlı müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

HƏQİQƏT




13/02/13    Çap et