Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nda dəyişiklik edilib


Azərbaycanın Nazirlər Kabineti "GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

“ICTnews” elektron xəbər xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, Qaydaların 2.2-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitəsinin (bundan sonra - XDMX-nin Xüsusi Rabitəsi)” sözləri “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra - XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi)” sözləri ilə əvəz edilib.

Eyni zamanda, mətn üzrə ismin müvafiq hallarında "XDMX-nin Xüsusi Rabitəsi" sözləri ismin müvafiq hallarında "XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi" sözləri ilə əvəz edilib.

CAHANGİR




13/02/13    Çap et