Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Biz artıq 300 milyonuq


"Opera Software" şirkəti bəyan edib ki, onun telefon, planşet, televiziya və kompüterlərə quraşdırılmış brauzerində işləyən istifadəçilərin ümumi sayı 300 milyona çatıb.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "300 milyon yalnız başlanğıcdır" – "Opera Software"-in baş direktoru Lars Boylesen min edib.

"Brauzerimizi artıq 300 milyon insan seçib. Hazırda istifadəçilərimizin sayı əvvəlki illərlə müqayisədə daha sürətli artır. Biz növbəti mərhələyə keçid dövründəyik. Hədəfimiz ağıllı" telefon bazarında daha çox paya sahiblənməkdir".

Cari ildən etibarən brauzerin "ağıllı" telefon və kompüterlər üçün yeni versiyalarının əksəriyyəti "WebKit" və "Chromium" texnologiyalarının tətbiqi ilə hazırlanacaq.

Emil Hüseynov




13/02/13    Çap et