Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK: «İnternetdən canlı izləyin!»


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası pedaqoji ictimaiyyətə, valideynlərə və şagirdlərə müraciət edib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, komissiya öz müraciətində qurumun rəsmi internet səhifəsində bu gün keçiriləcək tədbiri internet vasitəsilə canlı izləməyə çağırıb.

TQDK bildirir ki, bu gün saat 11:00-da keçiriləcək elmi-metodiki seminarda ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan tarixi” dərsliyinin müzakirəsi davam etdiriləcək:

«Seminar iclası komissiyanın internet saytında canlı yayımlanacaq. 2013-cü il fevralın 15-də saat 12:00-da TQDK-da keçiriləcək elmi-metodiki seminarda ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Riyaziyyat” dərsliyinin müzakirəsi davam etdiriləcək. Bu iclas da komissiyanın internet saytında canlı yayımlanacaq».

SEYMUR




14/02/13    Çap et