Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkəti “Android” platforması ilə işləyən planşet istehsal edəcək


"Hewlett-Packard" şirkəti "Android" əməliyyat sistemi ilə işləyən planşet istehsal edəcək. Bu barədə "HP"-in planları ilə tanış mənbəyə istinadən "ReadWrite" yazıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin sonundan etibarən planşet üzərində iş aparılır. Qurğu cari ilin yanvarında "Nvidia" şirkətinin "CES" sərgisində təqdim etdiyi "Tegra 4" platformasına əsaslanacaq. Planşetin çıxarılma tarixi barəsində hələ ki məlumat yoxdur.

Emil Hüseynov




14/02/13    Çap et