Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq telefon trafikinin 33 faizi “Skype”-ın payına düşür


Telekommunikasiya marketinqi üzrə ixtisaslaşmış "TeleGeography" şirkətinin yeni araşdırmasına əsasən, beynəlxalq telefon trafikinin 33 faizi "Skype"-ın payına düşür. Bu göstərici "Skype" üçün mütləq rekord sayılır.

Dərc edilmiş yeni məlumata əsasən, 2012-ci ildə beynəlxalq telefon trafikinin ümumi həcmi 490 milyard dəqiqəyə çatıb və bu göstərici 2011-ci illə müqayisədə 5 faiz çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, müvafiq dövrdə "Skype"-ın trafiki 44 faiz artaraq 167 milyard dəqiqə təşkil edib. Müqayisə üçün: 2012-ci ildə dünyanın bütün telekommunikasiya operatorları telefon trafikinin həcmini 51 milyard dəqiqə artırıb.

"Telegeography" şirkəti bildirir ki, əldə olunmuş məlumatlar heç də ənənəvi telefon rabitəsi operatorlarının tezliklə biznesdən kənarda qalacağını ifadə etmir, lakin həmin göstəricilər vətəndaşların şüurundakı yerdəyişmələrdən açıq-aşkar xəbər verir.

Emil Hüseynov




15/02/13    Çap et