Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ərazinin radioaktiv maddələrdən təmizlənməsi üçün robot yaradılıb


"Toshiba" şirkəti radioaktiv maddələrin təmizlənməsi üçün uzaq məsafədən idarə olunan yeni robotunu təqdim edib. Plana əsasən, qurğu Fukusimada yerləşən Atom Elektrik Stansiyasında istifadə ediləcək.

"ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, tırtıllı robotun divar və döşəməyə tulladığı karbon qazı qranulası buxarlanaraq radioaktiv maddələri özünə çəkir.

Bundan sonra qurğu yaranmış qazı və onunla birlikdə radioaktiv maddələri sorur. Aparat 4 ədəd kamera ilə təchiz edilib. Robot 1 saat ərzində 2 kvadratmetr ərazini təmizləyə bilər.

Emil Hüseynov




18/02/13    Çap et