Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype 5.5” “Facebook”la sıx inteqrasiya olunub


“Skype 5.5” “VoİP” xidmətinin final versiyası çıxıb. Bu versiyada “Facebook” sosial şəbəkəsinin funksiyaları ilə sıx inteqrasiya reallaşdırılıb. İstifadəçi birbaşa əlaqə siyahısında sosial şəbəkədəki dostlarını görə və onlarla mesaj mübadiləsi edə bilər. Həmçinin “Skype” “Facebook” divarından mesajları oxumağı və öz statusunu idarə etməyi də təklif edir.
Digər yeniliklər arasında yaradıcılar zəngləri idarəetmə funksiyasının və yenilənmiş animasiyalı smayliklərin təkmilləşdirilməsinə diqqət yetiriblər. “Skype 5.5” “Windows XP”, “Vista” və “Windows 7” əməliyyat sistemləri ilə işləyən kompyuterlərdə istifadə edilə bilər.


www.onliner.by




29/07/11    Çap et