Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planetin ən sürətli interneti


Psixoloq və sosioloqların qənaətincə, müasir dövrdə insanı daha çox əsəbiləşdirən əsas amillərdən biri də internetin çox ləng işləməsidir. Belə ki, verilənlərin yüklənməsini uzun müddət gözləmək insanı özündən çıxarır.

"ICTnews.az" elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, Amerika Aerokosmik Agentliyi Cənubi Kaliforniya və Təl-Əviv universitetlərinin alimlər qrupu ilə birgə internetlə verilənlərin fenomenal sürətlə ötürülməsini (saniyədə 2,5 terabit) təmin etməyə nail olub.

Bu nəticə bugünkü gündə planetdə maksimum sürətdən demək olar ki, milyon dəfə çoxdur. Misal üçün: yüksək sürətin sayəsində "Blue Ray" formatında olan 7 filmi eyni vaxtda yükləmək üçün cəmi bir saniyə kifayət edəcək.

Emil Hüseynov




18/02/13    Çap et