Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti ən böyük mobil telefon tədarükçülərinin onluğuna düşə bilməyib


“HTC” şirkəti ən böyük mobil qurğu tədarükçülərinin onluğuna düşə bilməyib. Reytinqin lideri “Samsung” (22.7% və ya 106957) şirkətidir. “Nokia” (18%) və “Apple” şirkətləri müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, bazar payının azalması qanuna uyğun olaraq “HTC” şirkətinin maliyyə göstəricilərinə təsir edib. 2012-ci ilin son rübünə əsasən, şirkətin gəliri 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 81 faiz azalaraq 34,4 milyon təşkil edib.

Emil Hüseynov




19/02/13    Çap et