Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” brauzerinə “PDF” vyuveri inteqrasiya edilib


"Mozilla" şirkəti "Firefox 19" brauzerini çıxarıb. Brauzerin "Windows", "OS X" və "Linux" əməliyyat sistemləri üçün versiyaları əlçatandır.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Firefox 19" brauzerinə "PDF" vyuveri inteqrasiya edilib. Artıq pdf formatlı fayllara birbaşa brauzerdə baxmaq mümkündür. Vyuver "HTML5" dilində yazılıb. "Mozilla", həmçinin brauzerin sürətini artırıb, aşkar edilmiş bir neçə boşluğu aradan qaldırıb, "CSS" dəstəklənməsini yaxşılaşdırıb.

"StatCounter" statistika xidmətinin məlumatına əsasən, brauzer bazarında "Firefox"un payı 21% təşkil edir və o, "Chrome" və "Internet Explorer"dən sonra üçüncüdür.

Emil Hüseynov




19/02/13    Çap et