Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yuxarı səviyyəli yeni domenlər


İnternetin tənzimlənməsi ilə məşğul olan "ICANN" korporasiyası yuxarı səviyyəli yeni domen adların alınması üçün təqdim edilən ərizələrin siyahısını dərc edib. Müxtəlif təşkilatlar tərəfindən 1409 domen adı qeydiyyatdan keçirmək üçün 1930 ərizə ilə müraciət edilib.

Ən məşhur yeni domen adları: "APP"; "HOME INC"; "ART"; "BLOG", "BOOK", "LLC", "SHOP"; "DESIGN", "MOVIE", "MUSİC"; "CLOUD", "HOTEL", "LOVE", "LTD", "MAIL", "NEWS", "STORE", "WEB". Ərizə ilə müraciət edən Rusiya şirkətləri ".GDN", ".MOSKOW", ".SKOLKOVO", ".TATAR", ".YANDEX", ".дети", ".mосква, ".рус" kimi domen adlarına sahib olmaq istəyirlər. ".дети", ".католик", ".ком", ".москва", ".онлайн", ".орг", ".рус" və ".сайт" isə yeni kiril domen adlarıdır.

"ICTnews.az" elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, ".MOSKOW" və ".москва" domen adlarına Texnologiyalar və İnternet İnfrastrukturunun İnkişafına Dəstək Fondu, "SKOLKOVO" domen adına Yeni texnologiyaların işlənməsi və kommersiyalaşdırılması Mərkəzinin İnkişaf Fondu, ".дети" domen adına "Ağıllı İnternet" qeyri-kommersiya Fondu iddialıdır.

Emil Hüseynov




20/02/13    Çap et